Şuşada qarın hündürlüyü 1 metrdən yuxarıdır – VİDEO

“Şuşada şiddətli qar yağmağa davam edir”.

Yenicagmaz xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

O bildirib ki, hava temperaturu mənfi 5 dərəcədən aşağı düşüb: “Qarın hündürlüyü 1 metrdən yuxarıdır. Şəhərin bütün texnikaları davamlı olaraq küçə və meydanları təmizləyir”.