Şuşanın əsas küçələrindən birinə Atatürkün adı verildi – FOTO

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürk adı verilib. Təşəkkürlər”, – diplomat sosial şəbəkə hesabında yazıb.