!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşaya atılan “İsgəndər” MÜƏMMASI: “Ermənilər son müharibədə o raketlərdən istifadə ediblər” – Hərbi ekspert

!Reklam – Yazi

“Paşinyanın özü də etiraf etdi ki, o silahdan istifadə olunub, ancaq onlar deyildiyi qədər effektiv deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şuşada “İsgəndər” raketinin qalıqlarının tapılmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, “İsgəndər” raketləri həm Rusiyanın Ermənistandakı hərbi bazasında olub, həm də zamanında Moskva o raketlərdən işğalçı ölkəyə də verib:

“Bəzi ekspertlərimiz bunu inkar etməyə çalışsalar da, Ermənistan ordusunun hərbi paradında “İsgəndər” raketləri nümayiş olunmuşdu. Azərbaycan tərəfi bunu bildiyi üçün Rusiyadan o raketlərdən almaq istəsə də, Moskva bundan imtina etmişdi. Ona görə də, Azərbaycan həmin raketlərə adekvat olaraq, Belarusdan “Polonez” YARS raket komplekslərinin alınmasına qərar verdi.

Digər tərəfdən, Azərbaycan “İsgəndər” raketlərinin zərərsizləşdirilməsi üçün İsraildən raket əleyhinə müdafiə sistemləri aldı. Bu proses tam başa çatmadığına görə, müharibədə Ermənistan ordusunun atdığı raketlərin çoxunu havada məhv etsək də, onların bəziləri Bərdəyə, Gəncəyə düşdü”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistan 44 günlük müharibədə “İsgəndər” raketlərindən istifadə edib:

“Erməni ekspertləri sual verirlər ki, Paşinyan o silahdan niyə istifadə etməyib? Ancaq Paşinyanın özü də etiraf etdi ki, həmin raketlərdən istifadə olunsa da, onlar deyildiyi qədər effektiv olmayıb.

Faktiki olaraq, bütün deyilənləri və yazılanları üst-üstə qoyduqda, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) verdiyi məlumata da baxdıqda görürük ki, ermənilər bu müharibədə “İsgəndər” raketlərindən istifadə ediblər.

Yeri gəlmişkən, Rusiyanın birbaşa “xeyir-dua”sı ilə o raketlərdən Ukrayna və Gürcüstana qarşı da istifadə olunmuşdu. Lakin Moskva bu iddiaları nə təkzib, nə də təsdiq edir. Əgər ermənilərin özləri bunu etiraf edirlərsə, niyə bizim bəzi ekspertlərimiz ciddi cəhdlə əksini sübut etməyə çalışırlar?”

Qeyd edək ki, “İsgəndər” raket komplekslərinin Ermənistana satılmış versiyası “Э” (экспорт) olub və bu, Rusiya operativ-taktiki komplekslərinin ən sadə versiyasıdır. Onlardan istifadə etmək hüququnun Ermənistana aid olmasına dair Rusiyanın rəsmi mövqeyi hələ də mövcud deyil. Şuşadan qalıqları tapılan “İsgəndər” M-dir. “M” tipli “İsgəndər” isə yalnız Rusiyanın arsenalındadır.

Səxavət Məmməd

www.yenicag.az

1007
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv