Şuşaya oktyabr ayı üzrə biletlərin hamısı SATILIB

Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə oktyabr ayına olan biletlərin hamısı satılıb.

Bu barədə Yenicag.az-a   “Yolumuz Qarabağa” portalına (www.yolumuzqarabaga.az) istinadən xəbər verir.

Qeyd edək ki, Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları bu il yanvarın 24-dən həyata keçirilir. İyunun 25-də isə Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.