Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şüşəli binaları silənlərin ölümlə rəqsi sığortalanıbmı?..

camsilmekSahib Məmmədov: “Əksər hallarda sığortalanmayıblar”

 Elman Babayev: “Şüşələri silmək işilə məşğul olanların sığortalanmaması və onlarla müqavilə bağlanılmaması haqqında…”

 

Bakıda çoxsaylı hündürmərtəbəli binalar var. Onlar arasında şüşəli binalar xüsusilə diqqət çəlb edir. Bu şüşələrin silinməsi işlərilə müəyyən şirkətlər məşğul olur. İşin təhlükəliyi burada çalışan insanların həyatlarının sığortalanmasını vacib edir. Həmçinin, qanuna müvafiq olaraq onlarla əmək müqaviləsi imzalanmalıdır.  Görəsən bu sahədə vəziyyət nə yerdədir?

Qeyd edək ki, hündürmərtəbəli və şüşəli binaların təmizlənməsinin kvadrat metri 2-10 manat arasında dəyişir. Bu qədər təhlükəli işi hər kv.metrinə görə, 2-10 manata görənlər sığortalanıblarmı? Qeyd edək ki, bir müddət öncə Səbail rayon prokurorluğundan məlumata görə, keçid 11/28, ev 23, mənzil 7-də yaşayan 1980-ci il təvəllüdlü Kamran Əlizadə Neftçilər prospekti, 24 saylı ünvanda binanın şüşələrini təmizləyərkən yıxılaraq həyatını itirmişdi.

O da vurğulanır ki, qiymət binanın sahəsindən asılı olaraq dəyişir. Belə ki, təmizləmə üçün məbləğ hər kvadratmetrə görə alınır. Onu da deyim ki, təzə təmirdən çıxan binanın təmizlənmə qiyməti ilə bir neçə dəfə təmizlənmiş binanın qiyməti arasında fərq var. Yeni bina çirkli olduğu üçün təmizlənmə qiyməti də bahadır.

Bu işin çətinliyinə toxunan  “BBC”nin müxbiri belə deyir: “Binanı təmizlərkən əsas şərtlərdən biri yerin cazibə qüvvəsini, sonra isə küləyi nəzərə almaqdır. Külək istənilən halda işi çətinləşdirə bilər. Yəni səni şüşəyə çırpa da bilər, yıxılmaq təhlükəni artıra da bilər.

1286200923_sahib_mamedovYenicag.az saytına açıqlamasında Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, əksər hallarda bu sahədə çalışanlar da sığortalanmayıblar. Hətta çox halda onlarla əmək müqaviləsi də bağlanmır: “Əksər hallarda hündürmərtəbəli binaların şüşələrini silməklə məşğul olan insanlar sığortalanmayıblar. Hündürmərtəbəli binaların təmizliyi işlərini həyata keçirənlər sənədləşmə sığortası ilə yanaşı, təhlükəsizlik halından da sığortalanmalıdırlar. Belə işdə çalışmaq həddən artıq risqlidir. Bu istiqamətdə əlavə tədbirlər görülməli, işçini saxlayan kanatlar müəyyən standartlara cavab verməlidir.  Bəzi hallarda binalarda müasir standartlara cavab verən asılqan vasitələrindən istifadə edilir, asılqandan biri qırılanda o birisinin tutub saxlaması üçün əlavə sığortası olur. Bəzilərində isə heç bunlar da yoxdur. Bakıda  Flame Tower tipli elə binalar var ki, burada binanın relyefinin özü də mürəkkəb olması ilə seçilir. Güman etmirəm ki, belə çətin işdə çalışanların hamısı müqavilə olmadan və sığortalanmadan işləsinlər. Amma sığortasız olanlar daha çoxdur”.

publika.az1412081572Elman_Babayev_021009Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayev isə qeyd etdi ki, bu məsələlərlə bağlı quruma hər hansı bir şikayət daxil olmayıb: “Hündürmərtəbəli binaların şüşələrini silmək işilə məşğul olanların sığortalanmaması və onlarla müqavilə bağlanılmaması haqqında Dövlət Əmək Müfəttişliyinə heç bir şikayət daxil olmayıb. Əmək Müfəttişliyi ancaq şikayətlər olduğu halda belə yoxlamalar aparır. Fəhlələrdən müqavilə bağlanmaması ilə bağlı hər hansı bir şikayət daxil olduqdan sonra gedib yoxlama aparırıq. İndilikdə isə həmin işləri icra edən şirkətlərlə bağlı bu iki sahədə elə bir problem mövcud deyil. Təhlükəsizlik məsələsinə gəldikdə, bu günə qədər bu işləri görən şirkətlərin heç birində bədbəxt hadisə qeydə alınmayıb”.

Rüfət/Yenicag.az

 

 

Loading...

www.yenicag.az

665