Belarusun keçmiş lideri Stanislav Şuşkeviç ölkə prezidenti Aleksandr Lukaşenkonu sərt tənqid edib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Şuşkeviç Belarusun mövcud rəhbərliyini ölkənin müstəqilliyinin itirilməsinə səbəb olan siyasət yürütməkdə suçlayıb.
O, yaranmış vəziyyətə görə prezident Aleksandr Lukaşenkonu ittiham edib:
“Biz Rusiyadan müstəqillik aldığımızı qətiyyən hiss etmirik. Əksinə, bizim prezident sözdə nəyəsə qarşı çıxsa da, nəticədə Rusiyanın bütün istəklərini yerinə yetirir. 1994-cü ildən etibarən Lukaşenkonun fəaliyyəti Belarusun suverenliyini məhv edir”.