Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sutenyor sülhməramlılar və ya hərbçimizin Ağdərədə nə işi vardı? - Səxavət Məmməd yazır

Azərbaycan hərbçisinin Ağdərəyə keçməsi, ermənilərin əlinə düşməsi, əslində, bu günə qədər gündəmə gəlməyən məsələni gün üzünə çıxardı. Belə də deyə bilərik, pafoslar sona yetdi, reallıqla üz-üzə qaldıq.

Qarabağ Azərbaycandır, məsələ ondadır ki, Qarabağın işağldan azad edilməmiş hissəsi faktiki olaraq Azərbaycan yuristiksiyasına aid deyil. Sənəd üzərindən söhbət getmir, reallıqdan danışmaq lazımdır. Azərbaycan rəsmi olaraq bildirir ki, hərbçimiz Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəyə keçib. Maraqlıdır ki, müdafiə nazirliyi bu açıqlamanı yazanda “nəzarəti” sözündən əvvəl “müvəqqəti” sözünü ya yazmağı unudub, ya da altında başqa məsələlər var.

Müdafiə nazirliyi bundan əvvəlki açıqlamalarında ərazidə “qanunsuz erməni silahlı dəstələri” birləşməsini işlədirdi. Yayılan videolardan görünür ki, o əsgər Rusiya sülhməramlılarının yox, məhz ermənilərin əlinə keçib. Yenə qayıdırıq eyni yerə, üçtərəfli bəyanatın 4-cü bəndinə. Erməni silahlıları ərazidən çıxmayıb. Bu bənd yerinə yetirilməyənə qədər bu cür problemlər olacaq və kəskinləşməkdə davam edəcək.

Qarabağın işaldan azad edilməmiş ərazilərin hansı ölkənin yuristiksiyası altındadır? Azərbaycanın? Yox! Ermənistanın? Yox! Rusiyanın da yox. Əslində, ərazidə nəinki hansısa ölkənin, heç beynəlxalq hüquq belə işləmir. Çünki ərazinin sahibi olan ölkə sadəcə olaraq ora kağız üzərində və vizual nəzarət edə bilir. Ermənistan rəsmi olaraq bildirir ki, bölgədə ordusu yoxdur, orda olan silahlılar qondarma Dağlıq Qarabağa aiddir. Rusiyanın işi isə sülhməramlı missiyadan ibarətdir. Faktiki olaraq ərazi hüquqi baxımdan nəzarətsizdir.

Məhz buna görə də, orada ermənilərin əlinə keçən, keçəcək (buna şübhə yoxdur) şəxslərlə istədikləri formada davranacaqlar.

Bilirəm, o ərazi Azərbaycanındır, Zəngəzur kimi dədə-baba torpağı da yox, beynəlxalq aləm tərəfindən tanınır. Məsələ ondadır ki, işğaldan azad edilməmiş torpaqlara əlimizi-qolumuzu sallayaraq getməyimiz mümkün deyil. Xəyallardan ayılmaq lazımdır. Reallıq çox acıdır. Xocalıya, Xankəndinə, Xocavəndə, Əsgərana gedə bilirik? Yox! Necə ki, müharibədən əvvəl Ağdama, Şuşaya gedə bilmirdik.

Psixi pozuntusu olan Azərbaycan hərbçisinin ordu sıralarında olması, onun hospitaldan qaçması, blok-postları keçməsi özlüyündə çoxlu qüsurları ortaya çıxarır.

Məsələyə başqa tərəfdən də yanaşmaq lazımdır. Birinci müharibədən sonra Gürcüstana gedib erməni qızları ilə yatmaq bir çoxları üçün böyük fəxarət hesab olunurdu. Bununla qürurlanan çoxlu sayda insanları mən də tanıyıram, siz də. Məsələ ondadır ki, Azərbaycan hərbçilərinin durduğu postların önündə tez-tez gözəl, açıq-saçıq geyinmiş erməni qızları görünür. Bu, təbii ki, bir tələdir.

Bəzi istiqamətlərdə erməni qızlarının gətirilməsi məlumatları da artıq heç kimə sirr deyil. Rusiya sülhməramlıları bəzən sutenyorluqla da məşğul olurlar. Ümumiyyətlə, nəzarətsiz yerlərdən keçib, macəra arxasına gedənlər də az deyil. Biz indi bunu qınaya bilərik, ancaq fəxrlə danışmaq, böyük iş görmüş kimi fərəhlənmək bizim məmləkətin insanlarına xasdır. Hər nə qədər bu, hərbçilərə başa salınsa, deyilsə də, belə hallar var və olacaq.

Müharibədən bir müddət sonra hərbiçlərin evə getməsinin problem olduğunu, bunu qabardanda təkcə onların ev yeməyi yeməsini nəzərdə tutmurduq. İnsanların təbii ehtiyacları var və bu ödənməlidir. Bəzi ölkələrdə hərbçilərin cinsi ehtiyacını ödəmək üçün köhnə peşənin sahibləri ilə görüşdürürlər. Bu təkcə təbii ehtiyacı ödəmək üçün yox, orduda zorlanma hallarının qarşısını almağa da yönəlib. Rusiya sülhməramlılarının cinsi yolla keçən xəstəliyə yoluxduğu artıq məlumdur və bunun üçün həkimlər göndərilir, laboratoriya qurulur. Yəni ərazidə təkcə güllədən qorunmaq kifayət etmir.

Orduda “zampolitlər”in üzərinə də çox ciddi yük düşür. Çünki bir əsgərin macəra, adrenalin yaşamaq istəyi dövləti çətin vəziyyətə qoyur. Ağdərədə ermənilərin əlinə keçən Azərbaycan hərbçisi dəli də olsa, psixi xəstə də olsa, mütləq onun qaytarılması üçün qarşılıq istənəcək. Bu heç əsirlərin dəyişdirilməsi də olmaya bilər.

Yenə qayıdırıq başa. Azərbaycan öz ərazisində yuristiksiyasını bərpa etməlidir. Bunun üçünsə ərazidən erməni silahlıları çıxarılmalıdır. Xalqsa eyforiyadan ayılıb reallıqla üzləşməlidir.

www.yenicag.az

1594
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100