!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sutka ərzində 1,6 minə yaxın miqrant vətəninə qayıdıb

!Reklam – Yazi

Ötən gün İordaniya və Livandan 1,6 min nəfərə yaxın suriyalı miqrant Suriyaya qayıdıb.

Yenicag.az-ın məlumatına görə, ötən sutka ərzində xarici ölkələrdən Vətəninə 1 598 qaçqın dönüb. Həmçinin 890 nəfər Livandan (267 qadın, 454 uşaq) və 708 nəfər İordaniyadan (212 qadın, 361 uşaq) Suriyaya qayıdıb.

Ümumiyyətlə, 2018-ci ilin iyul ayının 18-dən xarici ölkələrdən Suriyaya 434 mindən çox qaçqın qayıdıb. Onlardan 296 mindən çoxu isə İordaniyadan, 137 mindən çoxu isə Livandan olub.

Bundan başqa, Suriyanın mühəndis bölmələri gün ərzində 2,6 hektar ərazini minalardan təmizləyib, mütəxəssislər tərəfindən isə partlayış təhlükəsi olan 41 əşya ləğv edilib.

www.yenicag.az

1127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv