!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suyu bulandıranlar: "Qarabağın daxilində təxribat, atəşkəs pozulması olduqda..." - Hərbi ekspert

!Reklam – Yazi

“Sülhməramlılar öz missiyalarını yerinə yetirmirlər. Hətta onların nəzarəti altında ermənilər mühəndis-istehkam işləri görürlər. Bu da erməni tərəfinə əlavə stimul verir və beləcə təxribatlara əl atırlar”.

Bu sözləri Ermənistanın dövlət sərhəddində atəşkəsi pozması, “Qarabağ klanı”nın və Rusiyanın regionu qarışdırmaq cəhdlərini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, “Qarabağ klanı”nın və Rusiyanın Ermənistan ordusunun tərkibində çox ciddi adamları var və onlar sülhün olmaması üçün daimi təxribatlar törədəcəklər:

“Ermənistanda müxalif qüvvələr Rusiyanın dəstəyi ilə hakimiyyətə baş qaldırıblar. Keçmiş prezidentlər Köçəryan və Sarkisyanın Qarabağ ərazisində və Zəngəzur istiqamətində tərəfdarları çoxdur. Orduda da onların tərəfdarları lazım olan saydadır. Həm Qarabağ ərazisində, həm də Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin pozulmasını görürük. Bunun səbəbkarları həm müxalifət, həm də Rusiyadır.

Azərbaycan Prezidenti çıxışında bildirdi ki, əgər erməni tərəfi şərtlərimizi qəbul etsə, Azərbaycan tarixi torpaqları ilə bağlı iddia irəli sürəcək. Düşünürəm ki, erməni tərəfi Azərbaycanın nə qədər ciddi olduğunu anlayır və ona görə də tez bir zamanda sülh istəyirlər. Ancaq bölgədə təsir gücünü saxlamaq istəyən Rusiya qətiyyən bunun tez bir zamanda həll olunmasını istəməyəcək. Ermənistanda bəzi qüvvələr də var ki, əmin-amanlığın olmasını istəmirlər. Köhnə iddialarla yaşayırlar.

Kəlbəcər istiqamətində atəşkəs daha çox pozulur. Bunun səbəbi bəzi istiqamətlərdə qarşı tərəfin hələ də torpaq iddiasında olması, bəzi yerlərdə isə geri çəkilməmələrilə bağlıdır. Onlar bilirlər ki, sərhədlər müəyyən olunan zaman geri çəkilməli olacaqlar. Rusiya sülhməramlıları Qarabağda postlardan ikisini ləğv ediblər. Onların bu qərarı erməni icmasını çox ciddi narahat edib.

İstər sərhəddə, istərsə də Qarabağın daxilində təxribat, atəşkəs pozulması olduqda Azərbaycan ordusu dərhal cavab verməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv