Svanlar Başkeçiddə gərginlik yaratmağa davam edirlər – Polis xəbərdarlıq etdi

Dmanisidə (Başkeçid) ötən gün yenidən bir qrup şəxs azərbaycanlıların mağazasına gələrək onları təhqir edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azadlıq Radiosuna müsahibə verən mağaza sahibləri, bununla bağlı polisə xəbər etdiklərini bildirib:

“Mağazanı bu gün açdıq. Həyat yoldaşım işləyirdi. Bir neçə dəqiqə əvvəl avtomobillə gəlib yoldan keçdilər və bu zaman biz nalayiq sözlər işlədərək, ananızı ** – dedilər. Bu necə ola bilər?. Biz bununla bağlı polisə bildirdik və hazırda təhlükəsizliyə görə mağaza qarşısında bir neçə polis ekipajı dayanıb, bizi söyənlər isə polis tərəfindən xəbərdarlıq edilib”, – deyə mağaza sahibi bildirib.

Xatırladaq ki, 16 may tarixindən davamlı şəkildə baş verən insidentdən sonra 17 may tarixində gecə saatlarında tərəflər arasında barışıq olmuşdu.