Svetoforların işində problem yarandı – SƏBƏB

Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata gpörə, hazırda 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir.

1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi

2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi

3. 28 may küçəsi-A.Puşkin küçəsi

4. A.Puşkin-Ə.Xəqani küçəsi

5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi

6. Azadlıq prospekti-M.Araz küçəsi

7. M.K.Atatürk prospekti-M.Araz küçəsi

8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi

9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.