Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu yolda işıqfor quraşdırıldı - Şikayətlər nəticə verdi

Mətbuat işçilərinin Bayılda – Yeni Salyan yolu 22 ünvanında tikilmiş yaşayış binalarının işıqfor problemi nəhayət həllini tapıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı bina sakini, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, jurnalistlər üçün inşa edilmiş ikinci bina təhvil veriləndən sonra ərazidə yaşayış çoxaldı və bununla da orada intensiv hərəkət yarandı. “Svetoforun olmaması hər iki binanın sakinlərinə çox böyük təhlükə yaradırdı. Ərazidə svetoforun olmaması nəqliyyat vasitələrinin hərəkəti ilə yanaşı, binaların sakinlərinə də böyük təhlükə yaradırdı. Çünki svetofor olmadığına görə sakinlər yüksək sürətlə hərəkət edən avtomobillərin önündən qaçıb yolun qarşı tərəfinə keçməli olurdular. Dəfələrlə bununla bağlı məsələ qaldırılmışdı, mən özüm də ora köçəndən sonra baxdım ki, doğrudan ciddi problem var. Binanın ərazisindən çıxandan sonra şəhərə doğru istiqamət götürmək üçün xeyli məsafə qət edib Bibiheybət məscidinin yanından dövrə vurmalıydın. Piyadaların həyatı təhlükə altında idi. Bununla şifahi şəkildə, eyni zamanda elə Modern.az saytı vasitəsilə aidiyyəti orqanlara müraciət ünvanladıq. Daxili İşlər Nazirliyinin rəhbərliyi, eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinin rəhbəri məsələyə dərhal reaksiya verdi. Nümayəndə göndərdilər, əraziyə baxış keçirildi. Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də binaların qarşısına gəldilər, onlar da söz verdi ki, binaların qarşısına avtobus dayanacaqları qoyulacaq. Dayanacaq məsələsi hələ ki həll olunmayıb, amma svetofor quraşdırıldı və hazırda da işləyir. BDYPİ-nin Hərəkətin Təşkili şöbəsinin rəisi Taləddin müəllim, eyni zamanda Siqnal idarəsinin rəisi Mahir müəllim operativlik göstərdilər”.

E.Muradlının sözlərinə görə, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polisi idarəsinin rəhbərliyi göstəriş verib ki, məsələ tezliklə həll olunsun.

“Qısa müddətdə məsələ həll olundu, hazırda svetofor işləyir. Ərazidə həm piyadalar, həm də nəqliyyat vasitələrinin hərəkəti üçün rahatlıq yaranıb. Buna görə mən şəxsən öz adımdan və həmin binalarda yaşayan jurnalistlər adından Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bu işin qısa müddət ərzində həll olunması jurnalistlər üçün xoş qarşılandı”.

Loading...

www.yenicag.az

4263
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100