!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SWIFT və Azərbaycan bank nümayəndələrinin GÖRÜŞÜ: "Rusiyanın tətbiq edilən sanksiyalardan yan keçməsinin..."

!Reklam – Yazi

“Proqram təminatının yenilənməsi, regional nümayəndəliyin açılması tipli məsələlər müzakirə obyektidir”.

Bu sözləri SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) təşkilatının heyəti ilə Azərbaycan bank nümayəndələri arasında keçirilən görüş haqqında düşüncələrini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

Ekspertin fikrincə, sözügedən təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi ölkədə bank sisteminin yeni imkanlara çıxışını təmin edə bilər:

“SWIFT sistemi 70-ci illərdən fəaliyyət göstərir və demək olar ki, bir növ “ərimək” üzrədir. Ona görə də bu yöndə təkmilləşdirmə işləri görülməlidir. Bununla bağlı proqram təminatının yenilənməsi, regional nümayəndəliyin açılması tipli məsələlər müzakirə obyektidir.

SWIFT təşkilatının nümayəndə heyətinin Azərbaycanda Mərkəzi Bank və digər maliyyə qurumları ilə keçirilən görüşündə ölkədə fəaliyyət göstərən bank və kommersiya qurumları ilə əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparıla bilər.

Bu əməkdaşlıq Azərbaycan bank sistemi üçün də yeni məhsullara çıxış imkanlarını artıra bilər.

Bununla yanaşı, görüş digər nüansları da ehtiva edir. Görüşlər digər MDB və Rusiyaya qonşu olan ölkələrlə də ard-arda həyata keçirilir. Fikrimcə, buna səbəb Rusiyanın Avropa Birliyi tərəfindən tətbiq edilən sanksiyalardan yan keçməsinin qarşısının alınmasıdır. Bu barədə ictimaiyyətə məlumat verilməsə də, müzakirələr zamanı sözügedən mövzu ətrafında müəyyən məsləhətləşmələr aparılması mümkündür”.

Yusif Səmədzadə

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv