Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Təhsil naziri əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, əmrdə qeyd edilir ki, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.

Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını alıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu sahədə müsbət təcrübəsini nəzərə alaraq, “Oxu günü” tədbirinin miqyasını genişləndirmək və kütləvi xarakter daşımasını təmin etmək məqsədilə hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

5717
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM