Tacikistanda bir gündə dördüncü zəlzələ baş verdi – CANLI

Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi Astana vaxtı ilə saat 14:01-də (Bakı vaxtı ilə 12:01-də) zəlzələ qeydə alıb. Zəlzələnin episentri Tacikistan ərazisində, Almatı şəhərindən 606 kilometr cənub-qərbdə, Çinlə sərhəd yaxınlığında yerləşib.

15 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub. Günün əvvəlindən bu, Tacikistanda qeydə alınan dördüncü zəlzələdir.