Tacikistanda güclü zəlzələ oldu

Martın 23-də Tacikistanda 5,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Xucənd şəhərindən 96 km cənub-şərqdə yerləşib. Ocağın 8 km dərinlikdə olduğu bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.