Bu gün Tacikistanda Parlament seçkilər keçirilir.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 6:00-da başlayıb.
Səsvermələr ölkənin bütün şəhər və rayonları üzrə 3 412 seçki məntəqəsində keçirilir. Müstəqillik dövründən (1991-ci ildən) parlamentin aşağı palatasına keçirilən seçkilər hər beş ildən bir olmaqla sayca altıncıdır.
Vətəndaşlar 63 deputatı seçəcək. Onlardan 41-i birmandatlı siyahı, 22-si isə partiya siyahıları üzrə seçilir.
Seçkidə 7 partiyanın (Tacikistan Xalq Demokratik Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokratik Partiya, Sosial Demokrat, Sosialist və Kommunist Partiyaları) namizədləri yarışacaq.
Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik baryeri aşmalı, birmandatlı dairələrdə isə namizədlər ən azı 50 faiz səs toplamalıdırlar.
Səsvermənin ilkin nəticələri martın 2-də Tacikistan Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.