Tacikistanda zəlzələ baş verdi

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində səhər saatlarında 4 bal gücündə zəlzələ baş verib.

Yenicag az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 05:23-də qeydə alınıb. Onun episentri Düşənbədən 370 km cənub-şərqdə yerləşib.

Hadisə nəticəsində insan ölümü və dağıntı qeydə alınmayıb.