Tacikistanla sərhəddəki münaqişədə 50-dən çox qırğız öldü

Qırğızıstan Tacikistan sərhəddində baş verən qarşıdurmalarda həlak olan Qırğızıstan vətəndaşlarının sayı 59-a çatıb.

Yenicag.az xəbər verir ki, əməliyyat məlumatlarına görə, daha 13 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub.

“Batken vilayətində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 59 nəfərdir”, – məlumatda deyilir.\Unikal/