Tacir Şəbnəm Tovuzlu barədə sirri açdı: “Toyda hamını məcbur edirdim ki, onu…”

ARB-nin “Səhər-Səhər” verilişində müğənni Şəbnəm Tovuzlu ləqəbinin ona Tacir Şahmalıoğlu tərəfindən verildiyini etiraf edib.

Yenicag.az-a açıqlama verən T. Şahmalıoğlu vaxtilə Şəbnəmi toylara apardığını və ona müəllimlik etdiyini bildirib:

“Şəbnəm yaxşı qızdır və çörək itirən deyil. Mən onun müəllimi olmuşam. Həmişə tövsiyə edirdim ki, pis adamlarla oturub-durma, şou-biznesin çirkabına bulaşma. Çünki bu aləm elədir ki, istər-istəməz pis çevrəyə düşmək mümkündür. Şəbnəm sözümü eşitdi, indi çox sevilən müğənnidir. Ona “Tovuzlu” ləqəbini də mən vermişəm. Əvvəl “Günel” adını vermək istədim, çünki Günel onun gözəl balasının adıdır. Sonradan dedim ki, elə qoy hamı səni “Şəbnəm Tovuzlu” kimi tanısın, razılaşdı. Onu toylara aparırdım, hamını məcbur edirdim ki, onu “Şəbnəmi Tovuzlu” kimi təqdim etsin. Mən Fədayəni də, Şəbnəmi də tələbəm sayıram. Şərt o deyil ki, məktəbdə dərs deyəsən. Sovet vaxtı tələbə ali məktəbi qurtarandan sonra təcrübə keçirdi. Mən də tələbələrimə qeyri-rəsmi müəllimlik etmişəm, təcrübə keçmişəm.

Fədayəyə də dedim ki, dağlar qızısan, elə qoy hamı səni Laçınlı kimi tanısın. Fədayə də yaxşı qızdır, Allah qapısını açsın”.

Cəvahir

COP29