Tanınmış müğənni Tacir Şahmalıoğlu Vəfa Şərifova barədə qalmaqallı açıqlama verib.
Yenicag.az xəbər verir ki, sənətçi “Tarixin bir günü” verilişində Vəfanın onun yetirməsi olduğunu, İntiqam Kərimovun isə ona müəllimlik etmədiyini bildirib.
“İntiqam onun müəllimi olmayıb. Vəfa onun yanına iki gün gedib. İki gündən sonra da mənim yanıma gəlib. Vəfanı mən yetişdirmişəm”.
Tolikin “Vəfa deyir ki, Tacir müəllim mənə toy repertuarını öyrədib, mənim əlimi çörəyə çatdıran Tacir Şahmalıoğlu olub” sözlərinə Şahmalıoğlunun reaksiyası belə olub:
“Elə deyirsə, sağ olsun. Bu, faktdır”.
Nehru