TADEV zəlzələdən zərər çəkmiş bölgələrə yardım yolladı – VİDEO

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADEV) və Aropa Diplomatlar Birliyi (ADB) Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə yardım yollayıb.

Yenicag.az-a TADEV-dən verilən məlumata görə, zəlzələdən zərər çəkmiş vətəndaşlara gərəkli ərzaq, geyim, uşaq bezi və sairdən ibarət yardımlar bölgələrə yola salınıb.

TADEV sədri Aygün Attar bildİrib ki, yardımlarla bağlı müxtəlif beynəlxalq təşkiatlara müraciətlər ediblər və TADEV-in təşkilatçılığı ilə Almaniyadan ləvazimatlarla yüklü maşınlar artıq yola çıxıb. Aygün Attar yardımların davam etdiriləcəyini qeyd edib.

COP29