Taekondoçularımız 1/4 finalda

42887_12-MD-HDfghBu gün “Bakı-2015” I Avropa Oyunlarında taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər bəlli olacaq.

3-cü oyun günündə biri kişi, digəri qadın olmaqla daha iki taekvondoçumuz mübarizəyə qoşulacaq.

Kişilərin yarışında Milad Beiqi Harçeqani, qadınlardan isə Fəridə Əzizova yarışıb.

Qeyd edək ki, ilk iki yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Kişilər
80 kq
Yığmamızın üzvü Milad Beiqi Harçeqani mübarizəyə ilkin mərhələdən qoşulacaq. O, ilk görüşündə serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və 12:0 hesabı ilə qalib gəlib. Teakvondoçumuz 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə qarşılaşacaq.

Qadınlar
67 kq
Qadınların yarışında ölkəmizi Fəridə Əzizova təmsil edir. O, ilkin mərhələdə hollandiyalı Yoyse Van Baarinlə qüvvəsini sınayıb. F.Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşəcək.