Taekvando yarışlarına start verildi – FOTO

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına da start verilib.

Yeniçağ.Az xəbər verir ki, ilk yarış günündə 3 çəki dərəcəsində çıxış edən təmsilçilərimiz mübarizəyə qoşulublar.

Taekvandoçularımızdan Yaprak Eriş yarışı qızıl, Qaşım Maqomedov isə gümüş medalla başa vurub. Digər təmsilçimiz Fizam Mehdiyev isə uğursuz çıxışı ilə İslamiada ilə erkən vidalaşıb.

Taekvando yarışından hazırlanmış özəl fotoreportajı təqdim edirik:

Fotoqraf: Cəmalə

Yeniçağ.Az