!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Taekvondo federasiyasında 8 aydır maaşlar verilmir: Məşqçilər ayağa qalxdı - VİDEOREPORTAJ

!Reklam – Yazi

Azərbaycan Taekvondo Federasiyasında vəziyyət ürəkaçan deyil.

Yenicag.az xəbər verir ki, 8 aydır maaş üzü görməyən məşqçilər çıxılmaz vəziyyətdə qalıb.

Onlar bu durumdan federasiya prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünürlər.

Məşqçilərin iddiasına görə, mövcud duruma biganə yanaşan şəxs federasiyanın vitse-prezidenti Nağı Səfərovdur.

Nağı Səfərov hər dəfə məşqçilərə maaş probleminin aradan qaldırılacağı sözünü versə də, bu, əməldə öz təsdiqini tapmır.

Yenicag.az-a danışan şikayətçi məşqçilər Kəmaləddin Heydərovun bu durumdan xəbərdar olmasını, problemin aradan qaldırılmasını xahiş edirlər.

Emin Səfərov

www.yenicag.az

4160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv