!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Taekvondoçularımız koreyalı məşqçini qovdular

!Reklam – Yazi

Daha bir federasiyada dəyişiklik olub.

Yeniçağ.az xəbər verir ki, taekvondo üzrə qadınlardan ibarət milli komandamızın cənubi koreyalı baş məşqçisi Park Sun Mini vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə kişilərdən ibarət Azərbaycan yığmasında böyük məşqçi funksiyasını yerinə yetirmiş Elnur Amanov təyin edilib.

Yeni baş məşqçi artıq vəzifəsini icra etməyə başlayıb.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, koreyalı məşqçinin gedişi komanda tərəfindən şad xəbər kimi qəbul olunub. Çünki son zamanlar Park Sun Mini xanım məşqçilərlə anlaşa bilmirdi. Bunun da səbəbi federasiya tərəfindən ona yüksək səviyyədə şərait yaradılması idi. O da bu şəraitdən istifadə edərək, millimizdəki xanım idmançılarla yola getmirdi.

Aldığımız digər məlumata görə, federasiyanın Park Sun Minini vəzifəsindən uzaqlaşdırma səbəblərindən biri də Rio Olimpiadasında xanımlardan ibarət milli komandanın ümidləri doğrultmamasıdır.

Qeyd edək ki, Elnur Amanov 2016-cı ildə İlin ən yaxşı məşqçisi” seçilib.

Yenicag.az

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv