!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Taekvondoçumuz qızıl medal qazanıb

!Reklam – Yazi

c47037fcce0ea7e8cf3ad1b49aaefe33Azərbaycan taekvondoçusu Milad Harçeqani Avropa Oyunlarının çempionu olub.

Taekvondoçumuz finalda rusiyalı Albert Quana 9:4 hesabı ilə qalib gəlib.

80 kq dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Azərbaycanın yarışlarda iştirak etmiş taekvondoşçularından 4-ü yüksək nəticə göstərib. Artıq iki taekvondoçumuz- Ayxan Tağızadə və Mİlad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıb(APA).

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv