“Sumqayıt”dan göndərilən millimizin sabiq üzvü Vaqif Cavadovun “Zirə”də oynamaq arzusu puç olub. 27 yaşlı yarımmüdafiəçi “Zirə”yə təklif edilib. İddiaya görə, “qartallar”ın məşqçilər korpusu ilə rəhbərliyi arasında Cavadovun transfer məsələsi müzakirə olunub. Sonda futbolçunun transferi məqsədəuyğun sayılmayıb.