Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub.
Cari ilin 10-13 fevral tarixlərində dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi həyata keçiriləcək.
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit […]