!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv
Etiketlər

Əli Əsədov

Əli Əsədov etiketinə aid xəbərlər.

Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixmədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 3 iyul tarixli 375 nömrəli, “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarlarında dəyişiklik edilib.