Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, axşam isə qara keçəcəyi gözlənilir.
“Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır”.