Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Milli Məclisin üzvü, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar parlament seçkilərində namizəd olacağını bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə salınmış Xocalı Parkı və “Ana fəryadı” abidəsinin açılış mərasimi “iddiaların toqquşması” ilə yadda qalıb.
İCMAL.az Analitik Təhlil Mərkəzi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə daha bir maraqlı sorğuya start verdi. Budəfəki sorğu "İlin rektoru” və "İlin Ali məktəbi” nominasiyaları üzrə qaliblərin müəyyən edilməsi üçün keçirilir.
Bu barədə Saytımıza məlumat verənAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. İCMAL.az və ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”
Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.az saytında həyata keçirilir. Səsvermə 15 dekabrda dayandırılacaq və nəticələr açıqlanacaq.
1-ci yerdə qərarlaşan "İlin rektoru” nominasiyası üzrə, 2-ci yerdə qərarlaşan isə "İlin Ali məktəbi” nominasiyası üzrə qalib elan ediləcəkdir. Xatırladaq ki, sonuncu soruğuda "İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professorNərgiz Paşayeva seçilmişdir.