Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığa söykənən “bir millət, iki dövlət” ruhu ilə müəyyən olunan münasibətlərimiz, hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər münasibətlərimizin arxasında duran ən əhəmiyyətli qüvvədir”.
Ötən gün peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbuluna ayrılan müddət yekunlaşıb. 26 avqust – 2 sentyabr tarixlərində keçirilən sənəd qəbulu zamanı uğurlu nəticə göstərənlərin 84.2 faizi müvafiq sənədlərini qəbul olduqları peşə təhsili müəssisələrinə təqdim edib.
Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.
Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılıb.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.