Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.
Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, T. Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.
Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də “Neolit” restoranında baş tutacaq.
Yeniçağ.az