Tağı Əhmədova AĞIR İTKİ

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun böyük qardaşı Vəli Əhmədov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, V.Əhmədov 83 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Xatırladaq ki, Tağı Əhmədovun digər qardaşı Beytulla Əhmədov da 2012-ci ildə dünyasını dəyişib.