!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tağı Əhmədova da cinayət işi açılacaq? - İDDİA

!Reklam – Yazi

Hazırda məhkəməsi davam edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədova qarşı ciddi ittihamlar irəli sürüb.

Yenicag.Az xəbər verir ki, Akif Çovdarov Sabunçu Rayon Məhkəməsində ötən gün davam etdirilmiş prosesdə YAP-ın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədovun 3 milyonunu ələ keçirilməsi epizodu üzrə danışıb.

Çovdarov verdiyi ifadədə Əhmədovun özünü hədəfə götürərək, onun Metropolitenin rəisi olduğu vaxt əl atdığı qanunsuzluqlardan danışaraq, Əhmədovun bu yollarla böyük sərvət sahibi olduğunu iddia edib. General öz ittihamlarını konkretləşdirərək, Əhmədovun sahibləndiyi pul və əmlakın siyahısını da açıqlayıb (https://yenicag.az/covdarov-tagi-ehmedovla-bagli-sok-melumatlar-aciqladi/).

Maraqlıdır ki, Tağı Əhmədov haqqında irəli sürülən məlum iddialara aydınlıq gətirməkdən israrla yayınır.

Lakin Çovdarovun Əhmədov barəsində səsləndirdiyi ittihamın ciddiliyi məsələnin üstündən sükutla keçməyə imkan vermir. O baxımdan, Çovdarovun ittihamları əsasında Tağı Əhmədova cinayət işi açıla bilərmi?

Mövzunu Yenicag.Az-a şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, istənilən şəxs barəsində səsləndirilən iddialar araşdırıla və zərurət yaranarsa, cinayət işi başlana bilər:

“Azərbaycanın mövcud cinayət-prosessual qanunvericiliyinə əsasən, hər hansı məlumatın araşdırılması, bunun nəticəsində isə ehtiyac duyularsa, cinayət işinin açılması mümkündür.

Burada bir məqamı nəzərə almaq lazımdır ki, indiki halda həmin iddiaları səsləndirən Akif Çovdarovun özü ittiham olunan şəxsdir və onun məhkəməsi davam edir.

İttiham altında olan şəxs isə söylədiyi fikirlərə görə, məsuliyyət daşımır. Ona görə də belə şəxslərin özlərini təmizə çıxartmaları üçün yalan söylədikləri istisna edilmir.

Bununla belə, hətta ittiham olunan şəxsin fikirləri araşdırma üçün zəmin yaradarsa, o zaman prokurorluq təhqiqata başlaya, daha sonra isə cinayət işinə başlaya bilər”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv