Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov nəvəsinə toy edib. Yeniçağ.az Azxeber.com-a istinadən xəbər verir ki, Tağı Əhmədovun nəvəsi Dinarənin toyu “Neolit hall” şadlıq evində baş tutub.
Toyda tanınmış müğənnilər Mələkxanım Əyyubova, Səyyad Əlizadə, Ədalət Şükürov mahnıları ilə cütlüyü təbrik edib.
Tağı Əhmədov toydan foto və video paylaşmağa qadağa qoysa da, bəzi qonaqlar bu qadağanı dinləməyib.
Mərasimdə keçmiş rəisin qohumları, yaxınları iştirak edib.
Qeyd edək ki, nəmərsiz keçirilən toyla bağlı ilk xəbəri Yeniçağ.az vermişdi. Dinarə Tağı müəllimin prokuror oğlu Raufun qızıdır.
Yeniçağ.az