Reklam: High Technic
hightechnic

Tahir Əkbərlə Baba Vəziroğlu arasında QARŞIDURMA: “Efirə çıxıb deyir ki...”

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərlə şair Baba Vəziroğlu arasında narazılıq yaşanıb.

Yeniçağ.A-a açıqlama verən bəstəkar Tahir Əkbər şair Baba Vəziroğlunun onu inkar etdiyini və buna görə də münasibətlərinin gərginləşdiyini deyib:

“Mən sıradan bir bəstəkar deyiləm ki, yaddan çıxam. Bu qədər əsərlər yazmışam. Amma bu gün bir çox insalar mənim varlığımı danır. Efirə çıxırlar, amma adımı çəkmirlər. Mən Baba Vəziroğludan da incimişəm. Bu yaxınlarda bir veriliş vardı, orda yalnız iki bəstəkarın yazıb-yaratmağından danışdı, amma mənim adımı çəkmədi.

Baba, niyə məni inkar edirsən? Axı sən mənim yaradıcılıq gecəmdə ucadan “bravo” söyləyən adamsan, indi nə oldu, mən yaddan çıxdım? Mən Vəziroğlu ilə birgə möhtəşəm bir əsər ərsəyə gətirmişəm. “Yaşa idman bayramı” adlı həmin mahnını mərhum xalq artisti İlhamə Quliyeva oxuyub. Uman yerdən küsərlər, mən Babadan ona görə inciyirəm ki, niyə bir dəfə də olsun, efirlərdə mənim adımı çəkmir. Səbəb nədir, bunu bilmək istəyirəm”.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

151