!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı - "Heç kimə lazım deyil" - VİDEO

!Reklam – Yazi

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb.

Yenicag.az xəbər verir ki, o kitabları yandırdığı videonu sosial şəbəkədə paylaşıb.

Kitabları yandırmasının səbəbini isə belə izah edib:

“Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşir, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sair yaxşı yanır.

Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?”.

İzləyicilər onu sakitləşdirməyə çalışıb.

Xatırladaq ki, Tahir Əmiraslanov bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv