Tahir Kərimli: “Var-dövlətimi artırmıramsa, o deputatlıq nəyimə lazımdır?” – VİDEO

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Tahir Kərimlinin seçicilərlə görüşündə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, onun çıxışı müzakirələrə səbəb olub:

“Mən neçə il məhkəmə sədri olmuşam. Düşünürdüm ki, ay Allah, pensiya yaşım çatardı, təqaüdə çıxardım, rahatlıq tapardım. Əgər mən özüm üçün çalışmıramsa, var-dövlətimi artırmıramsa, o deputatlıq mənim nəyimə lazımdır?”./Oxu.az/