Milli Məclisin deputatı Tahir Kərimlini ölümlə hədələyən şəxs barəsində araşdırma aparılır.
Yenicag.az xəbər verir ki, bu barədə Modern.az-a deputat özü məlumat verib.
Tahir Kərimli araşdırmanın gedişatı ilə maraqlandığını söyləyib:
“Anamın vəfatının ildönümü ilə əlaqədar bir neçə gündür paytaxtda deyildim. Amma müvafiq orqanlara müraciət etmişdim və araşdırma aparılır. Mənə təhdid məktubu yazan şəxsin adı, soyadı, Moskva ünvanı məlumdur. Qalanı hüquq-mühafizə orqanlarının işidir. Prosesin gedişatına mane olmamaq üçün daha artıq məlumat vermək istəmirəm”.
Qeyd edək ki, fevralın 16-da sosial şəbəkələrdə deputat Tahir Kərimlinin oyuncaq dinozavrla videosu yayılmışdı. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib. Daha sonra Tahir Kərimli bu təhdidlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.