Tahir Kərimlinin partiyası da qeydiyyata alınmadı

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə partiyanın sədri məlumat verib.

O qeyd edib ki, partiyanın üzv siyahılarında çatışmazlıqlar aşkarlanıb və problemlərin aradan qaldırılması üçün 1 ay vaxt verilib.