Güləni suçüstü yaxalayan “Tahşiyə işi” yekunlaşdı – “…qol qoyduğu cinayətlərin sadəcə, bir hissəsidir”

FETÖ terror şəbəkəsinin vaxtilə hədəfə aldığı “Tahşiyə” Yayım Evinə qarşı saxta ittihamlar irəli sürülməsində iştirak etmiş gülənçilərin məhkəməsi keçirilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Tahşiyə” Yayım Evinə hüquqi “tələ” quran və aralarında “Samanyolu” Yayım Qrupunun rəhbəri Hidayet Karaca ilə sabiq polis rəisləri Ali Fuat Yılmazer, Yurt Atayünün də olduğu 23-ü barəsində həbs qətiimkan tədbiri seçilmiş 33 müttəhim haqqında hökm çıxarılıb.

Məhkəmənin qərarına əsasən, Hidayet Karaca “Silahlı terror təşkilatı yaratmaq” ittihamı ilə 18 il, “böhtan” ittihamı ilə 4 il 6 ay, “rəsmi sənədləri saxtalaşdırmaq” ittihamı ilə 9 il olmaqla ümumilikdə, 31 il 6 ay azadlıqdan məhrum edilib.

Digər əsas müttəhimlərdən Ali Fuat Yılmazer “silahlı terror təşkilatına üzvlük” və “böhtan” ittihamları ilə 16 il 6 ay, Yurt Atayün, Ömer Köse və Tufan Ergüder isə eyni ittihamlar üzrə 25 həbs cəzası alıblar.

Məhkəmənin bu qərarından sonra FETÖ tərəfindən hədəfə alınmış “Tahşiyə” Evi xüsusi açıqlama yayıb. Açıqlamada FETÖ-nun Türkiyə əleyhinə fəaliyyətinin dövlətə vurduğu zərbələrdən ətraflı bəhs olunub:

“Məlum olduğu kimi, 2009-cu il aprelin 6-da herkül.org saytında FETÖ lideri Fətullah Gülənin qrupumuz əleyhinə çıxışı yayımlanıb. 2010-cu il yanvarın 22-də bir çox vilayətlərdə qrupumuza qarşı keçirilmiş əməliyyat nəticəsində aralarında Molla Məhəmməd Doğanın da olduğu 122 nəfər saxlanılmış, onlar uydurm dəlillərlə “Əl-Qaidə” tərəfdarı kimi təqdim etdikləri Mehmet Doğan (Tahşiye) Qrupu” ilə əlaqədə ittiham edilərək, həbs olunublar.

Verdiyimiz şikayət nəticəsində başlanan və İstanbul 14-cü Cəza Məhkəməsində təqribən 3 ildən bəri davam edən və ictimai rəydə “Tahşiyə tələsi” kimi tanınan proses yekunlaşıb, müttəhimlər öz cinayətlərinə uyğun layiqli cəzalarını alıblar”.

Açıqlamada daha sonra FETÖ lideri Gülənin İslam və Türkiyə əleyhinə fəaliyyətinə də toxunulub:

“Kəlmeyi-şəhadətdən “Məhəmmədün Rəsulullah” sözlərini çıxartması, xristian və yəhudilərin Cənnətlik olduqlarını söyləməsi, fəqir-füqəranın haqqı olan zəkat, qurban və sədəqələri təşkilatın gəlir mənbələrinə əlavə etməsi, müsəlman qızla xristianı evləndirərək, İlahi hökmə qarşı çıxması, rəsmi bank açaraq, müsəlmanların faizə qarşı müqavimətini qırması, sadələşdirmə adı altında Quranın tələblərinə yanlış təfsir verməsi onun qol qoyduğu cinayətlərin sadəcə, bir hissəsidir.

Bu həqiqət ortada olduğu vaxt Diyanət İşləri Başqanlığı, İlahiyyat fakültələri, təriqətlər və ictimai təşkilatların susqunluğu, həmçinin, FETÖ-nu alqışlamaları fonunda canları və azadlıqları bahasına haqq-həqiqəti müdafiə etmək vəzifəsi bizim kimi bir ovuc insanın üzərinə düşmüşdü.

FETÖ kimi bölücü ünsürlərin bu ölkədə möhkəmlənməsinin əsas səbəbi milli birliyimizin təməl şərti olan İslam inancına sonradan daxil edilən və parçalanmanı asanlaşdıran yanlış məlumatlanmadır. Dövlətin əsas vəzifəsi isə bütün bu kimi məsələlərin qarşısını vaxtında almaqdır”.

Qeyd edək ku, Gülənə beyət etmədikləri üçün terrorçubaşının birbaşa efirdən onların həbs təlimatını verdiyi üçün FETÖ liderinin ilk suçüstü cinayəti sayılır.

COP29