Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Taksi qalmaqalı”nın SÜRPRİZ NƏTİCƏSİ: Şirkətlər qiyməti niyə qaldırır? – Ekspertdən İZAHAT

“Tələbatın artması fonunda taksi şirkətləri və sürücülər qiymətləri süni şəkildə artırırlar”.

Bunu Yenicag.az-a açılamasında son günlər Bakıda fəaliyyət göstərən taksi xidmətlərində müşahidə olunan bahalaşmanı dəyərləndirən nəqliyyat eksperti Azər Allahverənov deyib.

Azər Allahverənov bildirib ki, qiymət artımı taksilərə tələbatın yüksək olması ilə bağlıdır:

“Bildiyiniz kimi, məlum karantin rejimində bir çox müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılsa da, son günlər məhdudlaşdırıcı qaydaların çoxu aradan qaldırılb. Bununla yanaşı, qarşıdan 15 sentyabr – yeni dərs ilinin başlaması ərəfəsində insanların ictimai yerlərdə aktivliyi müşahidə olunur.

Nəticədə taksi xidmətinə olan tələbat yenidən artmağa başladı. Bu gün paytaxt əhalisinin müəyyən bir qismi məhz taksidən istifadə etməyə üstünlük verir. Xüsusilə də, karantin rejimi şəraitində ictimai nəqliyyatdakı sıxlıq və sosial məsafənin gözlənilməməsindən şikayətlənən sərnişinlər taksi xidmətini seçirlər.

Tələbatın artması fonunda taksi şirkətləri və sürücülər qiymətləri süni şəkildə artırırlar. Digər tərəfdən rayonlarası gediş-gəlişin açılması nəticəsində Bakı şəhərində fəaliyyətdə olan bəzi taksilər bölgələrə səfər sifarişini daha həvəslə qəbul edirlər.

Çünki yollar bağlı olanda, rayonlararası taksi xidməti və sərnişindaşıma sıfır səviyyəsində idi. Yollar açılandan sonra isə paytaxtda fəaliyyət göstərən taksilərin sayında azalma müşahidə olunub və bu, qiymət artımına təsir edib”.

Süni qiymət artımının qarşısının alınması yollarına da toxunan nəqliyyat eksperti hesab edir ki, süni bahalaşma yolverilməz haldır və bu vəziyyətə şərait yaradanlar barəsində ciddi tədbirlər görülməlidir:

“Bahalaşmanın bir səbəbi də taksi şirkətləri arasında gizli sövdələşmə ola bilər. Yəni şirkətlər qiymət artımını eyni anda edirlər ki, sərnişinlərin seçim imkanı olmasın və onlar taksi xidmətindəki qiymət artımına alışsınlar.

Bu, əlbəttə ki doğru addım olmamaqla yanaşı, həm də inhisarçılığın təzahürüdür. Halbuki ölkə başçısı öz çıxışlarında dəfələrlə bildirib ki, həyata keçirilən siyasətin əsas mahiyyəti vətəndaş məmnuniyyətini təmin etmək olmalıdır. Bu baxımdan, hansısa işbazlar vəziyyətdən sui-istifadə edirlərsə, bu məsələ ətrafında ciddi müzakirə aparılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

2985
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100