Taksi şirkətlərinin qar fürsəti – Qiymət 5 dəfə qalxdı

Bakıda müxtəlif adda taksilər fəaliyyət göstərir. Son vaxtlar fərdi taksilərlə yanaşı, taksi şirkətlərinin də sayında artım müşahidə olunur. Bu artım şirkətlər arasında rəqabəti günü-gündən artırır. Bir çox şirkətlər ən ucuz və operativ xidmətə üstünlük verməklə bazarda güclənməyə, müştərini cəlb etməyə çalışırlar.

Yeniçağ.az olaraq biz də kəskin qarlı hava şəraitini nəzərə alaraq, Bakıda ən ucuz fəaliyyət göstərən taksi şirkətlərini araşdırdıq. Araşdırmalar zamanı məlum oldu ki, taksi şirkətləri mülayim hava şəraitində qiyməti ucuz qoyur, hava şəraiti dəyişdikdə isə bundan sui-istifadə edərək, qiymətləri artırırlar.

Ünvan olaraq İçərişəhər metrosu istiqamətindən Azadlıq prospektini (məsafə 11-12 km – red.) seçdik.

Mülayim hava şəraitində qiymət:                         Qarlı hava şəraitində qiymət:

189 taksi xidməti: 5,05 manat                          7,50 manat
*9111 Ekonom taksi: 4,70 manat                     5,70 manat
*9000 London taksi: 8 manat                          10,12 manat
*3003 OK taksi: 4,40 manat                             6,40 manat
*5959 Felix taksi: 4,53 manat                           6,53 manat
*8844 Siti taksi: 4,03 manat                             5,90 manat

Müşahidə etdiyimiz qiymət artımı ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.

Məsələyə aydınlıq gətirən Mais Ağayevin sözlərinə görə, bütün bu faktların hamısı bir daha onu göstərir ki, Bakı Nəqliyyat Agentliyinin vahid qiymətin tətbiq edilməsi ilə bağlı təklifi ciddi zərurətdən irəli gəlir:

– “Taksi xidməti göstərən şirkətlər və operatorlar bir xidmət sektorunda olduqlarını və bu sektorun onların üzərinə qoyduğu sosial məsuliyyəti dərk etməlidirlər. Adi günlərdə qazanc əldə edib, mənfəət qazanmaq normal haldır. Amma qarlı günlərdə yalnız qazanc güdmək məncə, heç bir etikaya sığmır. Əksinə, belə havalarda hamı bir nəfər kimi əl-ələ verib, yaranmış vəziyyətdən çıxmağa çalışmalıdır. Bir daha qeyd edirəm ki, taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üzərilərinə düşən sosial məsuliyyəti dərk edib, işlərini ona uyğun qurmalıdırlar. Bu kimi hallar vahid qiymət olandan sonra aradan qaldırılacaq”Ərşad Hüseynov ile ilgili görsel sonucu

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov isə bildirdi ki, taksi qiymətləri dövlət tərəfindən tənzimlənmir:

– “Şirkətlər bazar qiyməti ilə artım edirlər. Sürücüləri də nəzərə almaq lazımdır, ancaq onlar hava şəraitindən sui-istifadə edib, ikiqat qazanmamalıdırlar. Əgər fürsətdən istifadə edirlərsə, bu artıq onların öz insafına və düşüncəsinə qalıb. Biri var 50 qəpik artırasan, biri də var 2 manat … Bu, artıq vicdansızlıqdır”.

 

 

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az