Taksi sürücüləri bu xəbəri oxusun

taksiazvisionBakı şəhərində fəaliyyət göstərən taksi sürücüləri diqqətli olsunlar. Lisenziyasız fəaliyyət göstərən sürücülər cərimələnə bilər.

Yenicag.az Xezerxeber-ə istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi sürücülərinə xəbərdarlıq edilib. Fərqlənmə nişanı almadan taksi fəaliyyəti göstərənlər cərimə ediləcək.

Lisenziya almaq üçün isə 18 manatlıq rüsumu ödəmək kifayətdir. Üstəlik ilkin mərhələdə taksi sürücülərindən avtomobilə taksometr quraşdırmaq, şahmat fomralı yapışqanların olması tələb edilmir. Hələlik əsas məqsəd paytaxtdakı taksilərin sayını müəyyənləşdirməkdir.

Hazırda isə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərdə hərəkətə mane olmadan taksi dayanacaqlarının yaradılması üçün monitorinqlər aparırlar. Ancaq belə dayancaqlar bir çox ərazidə metro və ticarət mərkəzlərinin qarşısında olmaya bilər.

Bundan başqa taksilər üçün sürət həddi məhduyyətinin tətbiqi də gündəmdədir.