Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkə daxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Lakin bu qərar sürücülər tərəfindən də birmənalı qarşılanmayıb. Onlar keçirilən təlimlərlə bağlı fərqli düşünürlər. Belə ki, kimi təlimlərin nəticə verməyəcəyini, kimi isə buna ehtiyac olmadığını deyir.
Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri hesab edir ki, imtahanın Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirilməsində qeyri-adi heç nə yoxdur:
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov