Taksi sürücüləri Vasif Talıbovun qadağasına etiraz edirlər – VİDEO

Naxçıvanda taksi sürücüləri Ali Məclisin sabiq sədri Vasif Talıbovun onlar üçün yaratdığı sistemə qarşı etiraz edirlər. 

Yenicag.az xəbər verir ki, sürücülər toplu şəkildə Naxçıvan Ali Məclisinin yanına toplaşaraq probləmlərinin həll olunmasını istəyirlər.

Belə ki, sürücülərə Naxçıvan istehsalı olan “NAZ Lifan”dan başqa digər minik avtomobilləri ilə taksi kimi işləmələri üçün icazə verilmir. Təklif olunan avtomobil isə qiymətindən dəfələrlə baha qiymətə – 35 min manata satılır.