Taksi sürücüsü 33 yaşlı kişini bıçaqladı
Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Ramin Namazov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
R. Namazovun bildirdiyinə görə, o mübahisə zəminində tanımadığı taksi sürücüsü tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.