!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi sürücüsü maşına ilişən kişini arxasınca sürüdü - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında qeydə alınıb.

Üç uşaq atası olan 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abbasov Məhərrəm Nazim oğlu “VAZ-2106″ markalı avtomobildə əyləşən keçmiş həyat yoldaşı və azyaşlı qızı ilə danışmaq üçün nəqliyyat vasitəsinə yaxınlaşıb. Lakin sürücü buna imkan verməyib və avtomobili işə salaraq sürüb. Maşın hərəkət edən zaman M.Abbasovun əli naməlum şəraitdə avtomobilə ilişib. Buna baxmayaraq sürücü maşını saxlamayıb və onu müəyyən məsafəyədək sürüyərək hadisə yerindən qaçıb. Nəticədə əl, diz, kürək və qarın nahiyələrindən ciddi xəsarət alan 36 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü isə sonradan polis tərəfindən saxlanılıb.

M.Abbasov ayrıldıqdan sonra kiçik qızı keçmiş həyat yoldaşının, bir oğlu ilə qızı isə onun himayəsində qalıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv